• ANA SƏHIFƏ
  • HAQQINDA
  • NOMİNASİYA
  • JÜRİ
  • SPONSOR
  • GÜNDƏM
  • ARXIV
  • EN
Menu
  • ANA SƏHIFƏ
  • HAQQINDA
  • NOMİNASİYA
  • JÜRİ
  • SPONSOR
  • GÜNDƏM
  • ARXIV
  • EN
  • AWITA
  • HAQQINDA
  • NOMİNASİYA
  • JÜRİ
  • SPONSOR
  • GÜNDƏM
  • ARXİV
  • EN
Menu
  • AWITA
  • HAQQINDA
  • NOMİNASİYA
  • JÜRİ
  • SPONSOR
  • GÜNDƏM
  • ARXİV
  • EN

MÜKAFATLANDIRMA KATEQORİYALARI

Azərbaycanda texnologiya sektorunda fəaliyyət göstərən uğurlu xanımların nailiyyətlərini qeyd edirik

Nominasiyaları 1 avqust, 2024-cü il tarixində açıq elan edirik. Hər kəs (siz də daxil olmaqla) texnologiya sahəsində 11 kateqoriyadan yalnız biri (1) üzrə ilhamverici bir şəxsi namizəd göstərə bilər. Sizdən sadəcə kateqoriya seçmək və nominasiya formasını doldurmaq tələb olunur!

Namizədlərin ərizələri 23:59 10 oktyabr, 2024-cü ilə qədər qəbul edilir. Qeyd edilən tarixdən sonra isə bütün nominasiyalar üzrə qəbul edilmişlər arasından ilkin seçim mərhələsindən keçən namizədlər seçiləcəklər. Femmes Digitales Şurası ilkin seçimi Münsiflər Komitəsinə təqdim edəcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 finalçını müəyyən edəcəkdir.

Hər kateqoriya üzrə 1 nəfər yekun QALİB münsiflər heyəti tərəfindən gizli səsvermə yolu ilə seçilərək 6 dekabr, 2024-cü il tarixində baş tutacaq AWITA 2024 Qala mərasimində elan ediləcəkdir.

Qaliblər AWITA Qala mərasimində elan edilir.

İŞTİRAK VƏ QİYMƏTLƏNDİRMƏ MEYARLARI

İştirakçıların qiymətləndirməsi üzrə meyarlar aşağıdakı kimidir:

  • Namizəd 18 və ya daha yuxarı yaşda olan qadın və ya qadın ola bilər
  • Namizəd Azərbaycan rezidenti olmalıdır
  • AWITA müsabiqəsində daha əvvəl qalib olmuş şəxslə növbəti 10 il müddətində namizəd ola bilməzlar (ilin işəgötürəni nominasiyası istisna olmaqla)
  • Namizəd müraciət formasında ərizənin bütün suallarını cavablandırmalıdır
  • Namizəd müraciət formasında yalnız bir kateqoriya üzrə namizəd kimi irəli sürülə bilər
  • Musiqi və sair kimi bütün pre-prodakşn materialların istifadəsi üçün icazə alınmalı və ya lisenziyasız olmalı, yaxud müəllif hüquqları lisenziyasına malik olmalıdır
  • Müraciətlər Azərbaycan/ingilis dillərində təqdim edilə bilər
  • Təhqiredici və ya qeyri-etik məzmuna malik olan bütün müraciətlər ləğv ediləcək
  • Müsabiqənin təşkilatçıları namizədlərin və müraciətlərin müsabiqəyə uyğunluğu barədə qərar vermək hüququnu özündə saxlayır və namizədi başqa kateqoriyaya keçirə bilər
  • Münsiflər heyəti hər kateqoriya üzrə 3 finalçı seçəcəkdir.

1

İLİN İNKLÜZİVLİYİ DƏSTƏKLƏYƏN ƏN YAXŞI ŞİRKƏTİ

İlin inklüzivliyi dəstəkləyən ən yaxşı şirkəti fərqli və müxtəlif işçi qüvvəsinin inkişaf və tərəqqi edə biləcəyi bir mühit yaratmaq üçün sektorda aparıcı işlər görmüş şirkət seçiləcəkdir. Bu, İT-də qadınlar mükafatı olduğu üçün həmin uğurda vurğulanan əsas amil qadınların istedadlarını dəstəkləyən bir mühitin yaradılması olacaqdır. Münsiflər şirkətin təsirini gender fərqinin aradan qaldırılmasında və şirkətdə müxtəlifliyin təşviqində əldə etdiyi nəzərəçarpacaq nəticələrə əsaslanaraq onun nə qədər müvəffəqiyyətli olduğunu qiymətləndirəcəkdir. Əgər siz müxtəlifliyi və inklüzivliyi dəstəkləyirsinizsə və şirkətinizdə gender bərabərliyini təşviq etməkdə həvəslisinizsə, bu mükafat sizin üçündür.

AWITA 2024 Müraciətlər yoxlanılır 

WINNER

Finalist

Finalist

Müraciət et

2

İLİN TƏSİSÇİSİ, İCRAÇI DİREKTORU VƏ YA İNFORMASİYALAŞDIRMA ÜZRƏ DİREKTORU

İnnovasiya, İT-də üstünlük və liderlik nümayiş etdirmiş qadın TƏSİSÇİSİ, İCRAÇI DİREKTORU, İT- DİREKTORU VƏ TEXNİKİ ŞÖBƏNİN RƏİSİ. Münsiflər ən qabaqcıl təcrübələr, liderlik, əldə edilmiş investisiya gəliri və biznes məqsədlərinə uyğunlaşma nümunələri ilə yanaşı mövcud layihələri və nailiyyətləri nəzərdən keçirəcəkdir. Önəmli olan odur ki, siz böyük işlər görən, təşkilatınıza ilham verən və fərqlənən texnologiya şirkətinin ön sıralarında işləyirsiniz.

AWITA 2024 Müraciətlər yoxlanılır 

Türkan Fərzəliyeva

WINNER

Dilarə Rüstəmzadə

Finalist

Leyla Səfərli

Finalist

Müraciət et

3

RAYON VƏ UCQAR BÖLGƏLƏRDƏ İT SAHƏSİNƏ VERİLƏN TÖHFƏ

Rayon yerlərində və uzaq bölgələrdə (qeyri- metropoliten hesab olunan rayon və uzaq bölgələrdə, məsələn, şəhər mərkəzində məskunlaşma səviyyəsi 100.000-dən az olan ərazilərdə) texnologiya sektoruna ciddi töhvə vermiş seçib seçilən qadın namizəd.

AWITA 2024 Müraciətlər yoxlanılır 

Gülər Bayramova

WINNER

Samirə Əmrahova

Finalist

Şəbnəm Məmmadli

Finalist

Müraciət et

4

DÖVLƏT SEKTORUNDA FƏALİYYƏT GÖSTƏRƏN RƏQƏMSAL LİDER

Dövlət qurumunda və ya digər ictimai qurumunda çalışmaqla dövlət sektorunda rəqəmsal transformasiyanı təşviq edən və həyata keçirən seçilmiş qadınlar. Peşəkarlıq səviyyəsini artıran, digər dövlət qulluqçularını dayanıqlı innovasiyaya həvəsləndirən və dövlət xidmətlərinin ən səmərəli, şəffaf və texnoloji bir şəkildə təqdim edilməsini təkmilləşdirməklə gündəlik İT və ya innovasiya ilə bağlı layihələrdə çalışan qadın namizəd. Namizəd innovativ bir fikir, fərqli bir yeni yanaşma, bənzərsiz bir siyasət və həyata keçirilən texnologiya və ya texnologiya ilə bağlı başqa əhəmiyyətli işlər təqdim etməlidir.

AWITA 2024 Müraciətlər yoxlanılır 

Xanım Daşdəmirova

WINNER

Nərmin Rəhimli

Finalist

Lalə Rüstamova

Finalist

Müraciət et

5

AKADEMİK MÜKAFAT

Bu mükafat tədris müəssisəsində (universitet, məktəb, kollec) texnologiya sahəsinə böyük töhfə vermiş və iş fəaliyyəti uzunmüddətli şəkildə əhəmiyyətli texnoloji müsbət dəyişikliklərə səbəb olmuş (və ya belə potensiala malik olan) qadın qalibə verilir. Bura tədqiqat və tədrisi təkmilləşdirmək və dəstəkləmək üçün texnologiyadan istifadə, texnoloji nailiyyətlər əldə etmək və ya daha çox istedadlı şəxsi texnologiyaya əhəmiyyətli dərəcədə həvəsləndirmək üçün öz mövqeyindən istifadə etmək daxil ola bilər. Namizəd, yenilik və texnologiyanın tədris prosesinə, fənninə və ya təhsillə bağlı hər hansı digər fəaliyyətə necə tətbiq edildiyini təsvir edən bir layihə təqdim etməlidir. 

AWITA 2024 Müraciətlər yoxlanılır 

Nailə Allahverdiyeva

WINNER

Aydan Əliyeva

Finalist

Nigar Əlişzadə

Finalist

Müraciət et

6

RƏQƏMSAL TRANSFORMASIYA LİDERİ

Rəqəmsal innovasiya sahəsində uğurlu nəticələr nümayiş etdirmiş və texnologiya sahəsində rəqəmsal mövqe tutan şəxs. Rəqəmsal transformasiya son illərdə bir çox Azərbaycan təşkilatlarını əhatə edən tendensiyadır. Bu mükafat öz təşkilatında rəqəmsal komanda, layihə və ya şöbəyə rəhbərlik edən qadın namizəd üçün nəzərdə tutulmuşdur. İştirakçılar öz liderlik rəqəmsal layihənin və ya komandanın bütövlükdə biznesə təsir etdiyini nümayiş etdirməlidirlər. Həmçinin bu mükafat qarşısına daha yüksək məqsədlər qoyan və bu sahədə nümunəvi xidmət göstərən, eləcə də qadınların texnologiya layihəsinin uğurunun mühüm bir hissəsi olduğunu göstərmək üçün müstəsna təşəbbüs nümayiş etdirən şəxsə verilir. 

AWITA 2024 Müraciətlər yoxlanılır 

Müraciət et

Nərmin Sultanova

WINNER

Səbinə Qurbanova

Finalist

Fidan Əhmədova

Finalist

7

STARTAP TƏSİSÇİSİ MÜKAFATI

Bu mükafat inkişaf potensialı olan texnoloji startap biznesində fəaliyyət göstərən qadın namizədə verilir. Namizədlər bu günə qədər əldə edilmiş potensial və real nəticələrə görə qiymətləndiriləcək. Bu mükafat öz inkişafını, innovasiyası və potensialını sübut etmiş möhtəşəm startapın təsisçisi və ya həmtəsisçisinə veriləcəkdir.

AWITA 2024 Müraciətlər yoxlanılır 

Ləman Əliyeva

WINNER

Vüsalə Heybətova

Finalist

Günel Mehdiyeva

Finalist

Müraciət et

8

İLİN MENTORU

Bu mükafat az təcrübəli qadın və ya qızlara İT və ya texnologiya bacarıqlarını inkişaf etdirmək üçün imkanlar təqdim etməklə önəmli dəstək və rəhbərlik göstərən şəxsin əməyini qiymətləndirmək üçün verilir. Nəticə etibarilə öyrənən şəxs öz sahəsində əhəmiyyətli dərəcədə biliklərin artırılmasına və nəticələrə nail olmuş olmalıdırlar.

AWITA 2024 Müraciətlər yoxlanılır 

Səyyarə Hüseynova

WINNER

Nazənin Cavadova

Finalist

Xəyalə Məmmədova

Finalist

Müraciət et

9

İLİN HARDWARE VƏ SOFTWARE TƏMİNATI DİZAYNERİ

Bu mükafat aparat və ya proqram təminatının layihələndirilməsi, tərtibatı və ya inteqrasiyasının texnologiya sahəsinə əhəmiyyətli və davamlı töhfə vermiş, əlamətdar layihələr həyata keçirmiş və ya bu layihələrdə iştirak etmiş, həmçinin müəssisə arxitekturası daxilində müxtəlif İT komponentlərinin texnoloji inteqrasiyasını təmin edən avadanlıq və/və ya proqram platformasına əsaslanan həllər hazırlamış şəxsə verilir.

AWITA 2024 Müraciətlər yoxlanılır 

Nərminə Talıbova

WINNER

Səkinə Cafarova

Finalist

Ləman İbrahimli

Finalist

Müraciət et

10

YÜKSƏLƏN ULDUZ MÜKAFATI

Bu mükafat texnologiya sahəsindəki çalışqan tələbənin uğurlu gələcəyə aparan yolunda bir çıraq olacaqdır. Yüksələn Ulduz Mükafatı İT sahəsində novator gənc qadın üçün nəzərdə tutulmuşdur. Siz qısa müddət ərzində bir məzun proqramı əməkdaşı və ya biznesdə aktiv iştirak edən gənc menecer və ya icraçı ola bilərsiniz. Kim olmağınızdan asılı olmayaraq uğurunuzu alqışlamaq və İT sahəsinə daxil olan digər qadınları ruhlandırmaq üçün hekayənizi dinləmək istəyirik.

AWITA 2024 Müraciətlər yoxlanılır 

Zərəfşan Qasımova

WINNER

Nigar Əliyeva

Finalist

Fatimə Poladlı

Finalist

Müraciət et

11

MÜNFİSLƏR HEYƏTİNİN SEÇİMİ MÜKAFATI

İT sahəsində müstəsna nailiyyətlər əldə etmiş qadın qalib münsiflər heyəti tərəfindən seçilir. Bu mükafat texnologiya sahəsindəki nailiyyətlərinə görə tanınmağa ən layiq olan qadın namizədə təqdim olunacaq. Onun nailiyyətləri kateqoriyalardan hər hansı birinə uyğun gəlməyə də bilər və onlardan bir neçəsini əhatə edə bilər. Sözügedən qalib başqalarını ilhamlandıran və öz təşkilatına əhəmiyyətli müsbət dəyişiklik gətirmiş olmalıdır.

unnamed

Nigar Alishzade

WINNER

12

AI Seçim Mükafatı

AI Seçim Mükafatı, Azərbaycan Qadınları İT-də Mükafatları – AWITA Mükafatlanırmasının həyəcanverici yeni kateqoriyasıdır. İnnovasiyanın və texnologiyanın qərar qəbulundakı gücünü təsdiq edir. Süni intellektdən istifadə edərək, bu nominasiya bütün iştirakçıların əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında AI tərəfindən qiymətləndirilməsinə imkan yaradır, nəticədə 3 fərqlənən finalçı və 1 qalib seçilir. Bu kateqoriya texnologiyanın mükəmməlliyi, obyektivliyi və yaradıcılığı tanıma rolunu nümayiş etdirir. Bu nominasiya, süni intellektin qadınların texnologiya sahəsində gücləndirilməsindəki gələcək potensialını vurğulayır.

Aytac Abdurahmanova

WINNER

Ruhana Ahmadova

Finalist

Irada Khalilzade

Finalist

Copyright © Femmes Digitales, bütün hüquqlar qorunur 2024

Sosial media

Facebook-f Linkedin-in Instagram

Bizimlə əlaqə

info@femmesdigitales.az

We use cookies to ensure best experience on our website. If you continue to use this site we assume that you agree with our Privacy policy
OK