Azərbaycan Qadınları İT-də Mükafatı – AWITA istedadlı xanımları və onların uğur hekayələrini təşviq edərək bizi həll yoluna yönləndirmək üçün yaradılmışdı.
AWITA, Azərbaycanın hər guşəsində yaşayıb-yaradan və texnologiya sahəsində yeniliklər və dəyişikliklərə nail olan bütün xanımları alqışlayır
AWITA texnologiya sahəsində olan işçi qüvvəsinin gender balansının qorunmasını vacibliyini təbliğ edir
Azərbaycan Qadınları İT-də Mükafatı(AWITA) – qadınların texnologiya sahəsində nailiyyətlərini qeyd etmək və müxtəlifliyi dəstəkləmək üçün təşkil edilən illik tədbirdir.
Missiyamız sahəvi Rol modelləri tanıtdırmaq və texnologiya sahəsinə gələcək yeni nəsil mütəxəssisləri ruhlandırmaqdan ibarətdir.
Tədbirin təşkili təşəbbüsü və təşkilati işlərə rəhbərlik “Femmes Digitales” – tərəfindən həyata keçirilir. “Femmes Digitales”. tamamilə könüllülüyə əsaslanan bir təşkilatdır.
Həyəcanverici xəbərləri və maraqlı hekayələri qaçırmamaq üçün bizi sosial media səhifələrimizdən izləyin!
Münsiflər heyəti səsvermə vasitəsilə ilkin seçim mərhələsindən keçmiş bütün namizədlər arasında hər bir kateqoriya üzrə qalibi müəyyənləşdirəcək ictimai xadimlər və texnologiya sənayesinin nüfuzlu şəxslərindən təşkil edilmişdiri.
Tamerlan Tağıyev – İcraçı direktor, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi
Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü
Dr. Fariz İsmayılzadə – ADA Universiteti, Prorektor
Nərgiz Nəsrullayeva – Azərbaycanda Amerika Ticarət Palatası, Prezident və Direktorlar Şurasının sədri
Ötən illərin tədbirlərini nəzərdən keçirin