Nominasiyaları 1 avqust, 2024-cü il tarixində açıq elan edirik. Hər kəs (siz də daxil olmaqla) texnologiya sahəsində 11 kateqoriyadan yalnız biri (1) üzrə ilhamverici bir şəxsi namizəd göstərə bilər. Sizdən sadəcə kateqoriya seçmək və nominasiya formasını doldurmaq tələb olunur!
Namizədlərin ərizələri 23:59 10 oktyabr, 2024-cü ilə qədər qəbul edilir. Qeyd edilən tarixdən sonra isə bütün nominasiyalar üzrə qəbul edilmişlər arasından ilkin seçim mərhələsindən keçən namizədlər seçiləcəklər. Femmes Digitales Şurası ilkin seçimi Münsiflər Komitəsinə təqdim edəcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 finalçını müəyyən edəcəkdir.
Hər kateqoriya üzrə 1 nəfər yekun QALİB münsiflər heyəti tərəfindən gizli səsvermə yolu ilə seçilərək 6 dekabr, 2024-cü il tarixində baş tutacaq AWITA 2024 Qala mərasimində elan ediləcəkdir.
İştirakçıların qiymətləndirməsi üzrə meyarlar aşağıdakı kimidir:
İnnovasiya, İT-də üstünlük və liderlik nümayiş etdirmiş qadın TƏSİSÇİSİ, İCRAÇI DİREKTORU, İT- DİREKTORU VƏ TEXNİKİ ŞÖBƏNİN RƏİSİ. Münsiflər ən qabaqcıl təcrübələr, liderlik, əldə edilmiş investisiya gəliri və biznes məqsədlərinə uyğunlaşma nümunələri ilə yanaşı mövcud layihələri və nailiyyətləri nəzərdən keçirəcəkdir. Önəmli olan odur ki, siz böyük işlər görən, təşkilatınıza ilham verən və fərqlənən texnologiya şirkətinin ön sıralarında işləyirsiniz.
Türkan Fərzəliyeva
Dilarə Rüstəmzadə
Leyla Səfərli
Rayon yerlərində və uzaq bölgələrdə (qeyri- metropoliten hesab olunan rayon və uzaq bölgələrdə, məsələn, şəhər mərkəzində məskunlaşma səviyyəsi 100.000-dən az olan ərazilərdə) texnologiya sektoruna ciddi töhvə vermiş seçib seçilən qadın namizəd.
Samirə Əmrahova
Gülər Bayramova
Şəbnəm Məmmadli
Dövlət qurumunda və ya digər ictimai qurumunda çalışmaqla dövlət sektorunda rəqəmsal transformasiyanı təşviq edən və həyata keçirən seçilmiş qadınlar. Peşəkarlıq səviyyəsini artıran, digər dövlət qulluqçularını dayanıqlı innovasiyaya həvəsləndirən və dövlət xidmətlərinin ən səmərəli, şəffaf və texnoloji bir şəkildə təqdim edilməsini təkmilləşdirməklə gündəlik İT və ya innovasiya ilə bağlı layihələrdə çalışan qadın namizəd. Namizəd innovativ bir fikir, fərqli bir yeni yanaşma, bənzərsiz bir siyasət və həyata keçirilən texnologiya və ya texnologiya ilə bağlı başqa əhəmiyyətli işlər təqdim etməlidir.
Xanım Daşdəmirova
Nərmin Rəhimli
Lalə Rüstamova
Bu mükafat tədris müəssisəsində (universitet, məktəb, kollec) texnologiya sahəsinə böyük töhfə vermiş və iş fəaliyyəti uzunmüddətli şəkildə əhəmiyyətli texnoloji müsbət dəyişikliklərə səbəb olmuş (və ya belə potensiala malik olan) qadın qalibə verilir. Bura tədqiqat və tədrisi təkmilləşdirmək və dəstəkləmək üçün texnologiyadan istifadə, texnoloji nailiyyətlər əldə etmək və ya daha çox istedadlı şəxsi texnologiyaya əhəmiyyətli dərəcədə həvəsləndirmək üçün öz mövqeyindən istifadə etmək daxil ola bilər. Namizəd, yenilik və texnologiyanın tədris prosesinə, fənninə və ya təhsillə bağlı hər hansı digər fəaliyyətə necə tətbiq edildiyini təsvir edən bir layihə təqdim etməlidir.
Nigar Əlişzadə
Aydan Əliyeva
Nailə Allahverdiyeva
Rəqəmsal innovasiya sahəsində uğurlu nəticələr nümayiş etdirmiş və texnologiya sahəsində rəqəmsal mövqe tutan şəxs. Rəqəmsal transformasiya son illərdə bir çox Azərbaycan təşkilatlarını əhatə edən tendensiyadır. Bu mükafat öz təşkilatında rəqəmsal komanda, layihə və ya şöbəyə rəhbərlik edən qadın namizəd üçün nəzərdə tutulmuşdur. İştirakçılar öz liderlik rəqəmsal layihənin və ya komandanın bütövlükdə biznesə təsir etdiyini nümayiş etdirməlidirlər. Həmçinin bu mükafat qarşısına daha yüksək məqsədlər qoyan və bu sahədə nümunəvi xidmət göstərən, eləcə də qadınların texnologiya layihəsinin uğurunun mühüm bir hissəsi olduğunu göstərmək üçün müstəsna təşəbbüs nümayiş etdirən şəxsə verilir.
Fidan Əhmədova
Səbinə Qurbanova
Nərmin Sultanova
Bu mükafat inkişaf potensialı olan texnoloji startap biznesində fəaliyyət göstərən qadın namizədə verilir. Namizədlər bu günə qədər əldə edilmiş potensial və real nəticələrə görə qiymətləndiriləcək. Bu mükafat öz inkişafını, innovasiyası və potensialını sübut etmiş möhtəşəm startapın təsisçisi və ya həmtəsisçisinə veriləcəkdir.
Ləman Əliyeva
Vüsalə Heybətova
Günel Mehdiyeva
Bu mükafat az təcrübəli qadın və ya qızlara İT və ya texnologiya bacarıqlarını inkişaf etdirmək üçün imkanlar təqdim etməklə önəmli dəstək və rəhbərlik göstərən şəxsin əməyini qiymətləndirmək üçün verilir. Nəticə etibarilə öyrənən şəxs öz sahəsində əhəmiyyətli dərəcədə biliklərin artırılmasına və nəticələrə nail olmuş olmalıdırlar.
Səyyarə Hüseynova
Nazənin Cavadova
Xəyalə Məmmədova
Bu mükafat aparat və ya proqram təminatının layihələndirilməsi, tərtibatı və ya inteqrasiyasının texnologiya sahəsinə əhəmiyyətli və davamlı töhfə vermiş, əlamətdar layihələr həyata keçirmiş və ya bu layihələrdə iştirak etmiş, həmçinin müəssisə arxitekturası daxilində müxtəlif İT komponentlərinin texnoloji inteqrasiyasını təmin edən avadanlıq və/və ya proqram platformasına əsaslanan həllər hazırlamış şəxsə verilir.
Ləman İbrahimli
Səkinə Cafarova
Nərminə Talıbova
Bu mükafat texnologiya sahəsindəki çalışqan tələbənin uğurlu gələcəyə aparan yolunda bir çıraq olacaqdır. Yüksələn Ulduz Mükafatı İT sahəsində novator gənc qadın üçün nəzərdə tutulmuşdur. Siz qısa müddət ərzində bir məzun proqramı əməkdaşı və ya biznesdə aktiv iştirak edən gənc menecer və ya icraçı ola bilərsiniz. Kim olmağınızdan asılı olmayaraq uğurunuzu alqışlamaq və İT sahəsinə daxil olan digər qadınları ruhlandırmaq üçün hekayənizi dinləmək istəyirik.
Nigar Əliyeva
Zərəfşan Qasımova
Fatimə Poladlı
İT sahəsində müstəsna nailiyyətlər əldə etmiş qadın qalib münsiflər heyəti tərəfindən seçilir. Bu mükafat texnologiya sahəsindəki nailiyyətlərinə görə tanınmağa ən layiq olan qadın namizədə təqdim olunacaq. Onun nailiyyətləri kateqoriyalardan hər hansı birinə uyğun gəlməyə də bilər və onlardan bir neçəsini əhatə edə bilər. Sözügedən qalib başqalarını ilhamlandıran və öz təşkilatına əhəmiyyətli müsbət dəyişiklik gətirmiş olmalıdır.