AWITA qadınların texnologiya sektorunda davamlı töhfəsini vurğulamaq və təqdir etmək üçün yaradılmış unikal bir imkandır.
Qadınlarin texnologiya sahəsində inkişaf etməsi üçün ən münasib zamana gəlmişik, çünki, indi informasiya texnologiyaları bir çox sahədə ən çox tələb olunan bacarıq hesab olunur.
AWITA Azərbaycanda texnologiya hərəkatına rəhbərlik edən və hər kəsi ilhamlandıran qadın rol modellərini tanıtdırmaq, təqdir etmək və mükafatlandırmaq üçün “Femmes Digitales” tərəfindən hər il təşkil olunan bir tədbirdir.
Mükafatın MƏQSƏDI texnologiya sahəsində çətin və həyəcanlı yola çıxmaq istəyən gənc xanımların marağını cəlb etmək və onları ruhlandırmaq üçün sektroun görkəmli qadın nümayəndələrinin uğur hekayələrini vurğulamaq və ictimaiyyətlə bölüşmək yolu ilə gələcək nəslin texnologiya sahəsinə yönəlməsinə tövhə verməkdir.
Maraqlıdır ki, bir zamanlar texnologiya sahəsində qadınlar üstünlük təşkil ietmişdir. İlk proqramçıların bir çoxu qadın idi; Bletchley Park-da gizli kodları oxumağa nail olanlar, ilk Harvard kompüterlərində işləyən proqramçılar və NASA-da kosmik uçuşların təşkilatçıları – hamısı qadınlardır!
Bəs niyə texnologiya sahəsində qadınlar özlərinə daha az əmin hiss edirlə? Qadınların texnoloji müstəvidə kişi həmkarları qədər işdən zövq almalarına və inkişaf etmələrinə baxmayaraq, yuxarıdakı problemin kökündə qadınların özləri barədə təsəvvürləri durur. Məhz burada köməyə AWITA yetişir. Biz texnologiya dünyasında qabaqcıl və özünə ad qazanan bütün qadınlara diqqəti cəlb etməyi hədəfləyirik.
Bu tədbirin qadınlar üçün geniş ürsətlərin yaradılmasına, gənc xanımları isə bu işə qoşulmağa və onların texnologiya sektorunda dinamik, maraqlı və innovativ bir karyeraya sahiblənəcəklərinə dərindən anlamaları üçün ruhlandıracağına əminik. Xüsusilə qeyd etmək istəyirik ki, texnologiya sahəsində daha çox qadının yer alması Azərbaycanda innovasiya və rəqabət mühitinin yaradılması üçün vacib əhəmiyyət daşıyır.
Texnologiya sahəsində qadınlara imkan və fürsət yaradan şəxsləri mükafatlandırmaqla biz qadınlara öz potensiallarını dəyərləndirməyə və karyera arzularını real həyat hədəflərinə
çevirməyə dəstək göstərmək istəyirik. Həm də bu sahədə onları hər kəsin xoş qarşılandığını göstəririk! Qadınların texnologiya sahəsində uğur qazanmasına imkan yaradan mədəniyyəti birlikdə inkişaf etdirib qoruyuruq.