Nominations 2018

ƏRİZƏ FORMASI / APPLICATION FORM

AZƏRBAYCANDA İT SAHƏSİNDƏ QADINLARIN NAİL OLDUĞU UĞURLU İNNOVASİYANIN TANINMASI
AZERBAIJAN WOMEN in IT AWARD (AWITA 2018)
Ərizənin son doldurulma tarixi / Application deadline: 28.11.2018
Tədbir Vaxtı / AWITA 2018 Date: 05.12.2018
Məkan / Event Address: JW Marriot Absheron Baku
Bizimlə əlaqə / Contact: info@femmesdigitales.az

 

KATEQORİYALAR VƏ MEYARLAR / CATEGORIES AND CRITERIA

1. İLİN İNNOVATORU / INNOVATOR OF THE YEAR

Ciddi innovasiyaların tətbiq olunmasında, şirkətin uğurları və müştərilərin etimadının qazanılmasında böyük xidmətləri olan lider xanım. Münsiflər heyəti müştəri rəylərinə, investisiya üzrə əldə olunmuş gəlirlə bağlı nümunələrə, stimulverici fəaliyyətlərin tətbiqi üzrə uğurlara, satışdan sonrakı dəstəyə, xidmətlərə və məhsulların sifarişçi tələblərinə münasibətdə lider xanımın nümayiş etdirdiyi uğurları dəyərləndirəcəklər.

A leader woman that was integral to company success by demonstrating outstanding innovation, customer wins and deployments. Judges will examine female leader’s progress in client testimonials, achieved ROI, success in challenging implementations, post-sales support and service, and tailored customizations in specific enterprise environments.

2. İLİN STARTAPI / STARTUP OF THE YEAR

Texnoloji, rəqəmsal və ya elektron ticarət sahəsindəki start-up üzrə qadın lider buna nail olmaq üçün ardıcıl və davamlı strategiya ilə mükəmməl inkişaf əldə etməlidir. Birgə (qarışıq) komandaların start-up-ları qəbul ediləcək. Münsiflər heyəti artım göstəricilərinə (dövriyyə, mənfəət, işçilər və s.), gözəçarpan nailiyyətlərə və müştərilərin rəylərinə diqqət yetirəcək.

A female leader of a technology, digital or e-commerce start-up that has demonstrated excellent growth with a coherent and sustainable strategy in achieving it. Mixed team start-ups are welcomed. Judges will check demonstrations of growth (turnover, profit, employees etc.), standout achievements and customer testimonials.

3. İLİN TƏSİSÇİSİ, BAŞ DİREKTORU VƏ YAXUD İT SAHƏSİNDƏ DİREKTOR / FOUNDER, CEO OR CIO OF THE YEAR

Xüsusi innovasiya, İT sahəsində mükəmməl xidmət və liderlik nümayiş etdirmiş qadın TƏSİSÇİ, BAŞ DİREKTOR və yaxud İT sahəsində DİREKTOR. Münsiflər heyəti hazırki təşkilatı əhatə edən layihələrə və uğurlara və əgər tətbiq edilə bilirsə, digər nailiyyətlərə, o cümlədən, uğurlu təcrübə, investisiya üzrə əldə olunmuş gəlir, mədəni dəyişiklik və biznes məqsədlərinə uyğunluq ilə bağlı nümunələrə diqqət yetirəcək.

A female FOUNDER, CEO or CIO, CTO who has demonstrated particular innovation, IT excellence and leadership. Judges will consider projects and achievements spanning the current organization or others if applicable, along with examples of best practice, leadership, ROI generated and alignment to business goals.

4. İLİN PROQRAMÇISI / DEVELOPER OF THE YEAR

Son 5 ildə proqramlaşdırma sahəsində fəaliyyətə başlayan və bu sahədə uğurlu nəticələr göstərən xanım.

A woman who began a career in programming in the last five years and has shown great promise that she will go through to achieve tremendous results in the industry.

5. İLİN SAHİBKARI / EMPLOYER OF THE YEAR

Bu, daha çox qadınların cəlb edilməsi və işə götürülməsi arzusunu nümayiş etdirmiş texnologiya şirkəti və ya digər sənayeni təmsil edən, lakin öz İT və ya rəqəmsal şöbəsinə daha çox qadınların cəlb edilməsi və işə götürülməsi arzusunu göstərmiş şirkət ola bilər. Münsiflər heyəti sahibkarın daha çox qadını işə cəlb edərkən, çoxşaxəli və geniş iş mühiti yaradarkən həyata keçirdiyi təşəbbüsləri nəzərdən keçirəcək. Namizəd şirkətdəki qadın və kişi işçilərin faizini qeyd etməlidir.

This can be either a technology company that has demonstrated a great desire to attract and retain more women, or a company from any other industry that has demonstrated a great desire to attract and retain more females to its IT and/or digital department. Judges will rate efforts the employer has made to attract and retain more women and create a more diverse and inclusive working environment. Nominated company should disclose their female and male employers’ percentage in their nomination.

6. MÜNSİFLƏR HEYƏTİNİN SEÇİMİ / JUDGES CHOICE

İT sahəsində hər hansı bir müstəsna uğur qazanmış və münsiflər heyəti tərəfindən seçilmiş qadın.

A woman who has achieved something exceptional in the IT industry, chosen by the judges.

7. RAYON VƏ UCQAR BÖLGƏDƏ İT SAHƏSİNƏ VERİLƏN TÖHFƏ / RURAL AND REMOTE CONTRIBUTION in IT

Rayon yerlərində və ucqar bölgələrdə (qeyri-metropoliten hesab olunan rayon və ucqar bölgələrdə, məsələn, şəhər mərkəzində məskunlaşma səviyyəsi 100.000-dən az olan ərazilərdə) İT sektoruna ciddi töhfə vermiş fərqlənən qadın.

Distinguished women with a recognized contribution to the field of IT in rural or remote areas. (Based on non-metropolitan classified areas per the Rural, Remote and Areas, i.e. areas where the urban centre population is less than 100,000.

8. İLİN İNNOVATİV MÜƏLLİMİ / INNOVATIVE TEACHER OF THE YEAR

İlin İnnovativ Müəllimi Mükafatı orta ümumtəhsil məktəblərində İT-nin və digər innovasiyaların inkişafı üçün öz töhfələrini verən, təlim-tədris prosesində İT-nin tətbiqi ilə innovativ tədris aparan fərqlənən qadın müəllimdir. Bu xanım müəllimə innovasiyaları və qabaqcıl texnologiyaları özündə əks etdirən layihəni və ya başqa təhsil sahəsinə aid layihəni nümayiş etdirməlidir.

Outstanding women with a recognized contribution to the field of education with active usage, implementation of IT or any other innovation, technology can apply to this nomination. Nominee should present a project, describing how innovations and technology was implemented into educational process, subject, or any other education related activity.

9. İT SAHƏSİNDƏ İLİN BİRLİYİ, İT SAHƏSİNDƏ TƏHSİL PROQRAMI VƏ YA LAYİHƏSİ / IT COMMUNITY, IT EDUCATION PROGRAM OR PROJECT

İT İcması Mükafatı informasiya texnologiyaları sahəsində çalışan qadınlar üçün müsbət iş mühitinin təşviq edilməsi məqsədilə xeyriyyə təşəbbüsləri və fəaliyyətləri həyata keçirməklə, İT sektorunda nümunəvi xidmət yerinə yetirmiş namizədi təltif edir. Xoşməramlı səfir İT birliyin dəyişikliklərin edilməsi üçün fəal işləyəcək, İT sahəsində qadınların irəliləyişi istiqamətində çalışacaq və birliyin fəaliyyətlərinə dəstək olmaq üçün əlindən gələni edəcək.

The IT Community award recognizes the candidate with exemplary service to the IT sector, through philanthropic initiatives and efforts to foster a positive working environment for women in IT. The goodwill ambassador will be actively making a difference in the IT community, working towards the advancement of women in IT and going above and beyond to support the community.

10. 2018 SAHƏ NOMİNASİYASI: AGTECH-də QADIN / 2018 INDUSTRY NOMINATION: WOMEN IN AGTECH

Kənd təsərrüfatının inkişafı ümumi inkişafın və yoxsulluğun azalmasının təkanverici qüvvəsi ola bilər. Belə ki, biz daha az xərclərlə daha böyük nəticələr əldə edə və kənd təsərrüfatı üçün daha qabaqcıl həllər meydana çıxara bilərik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatına istinadən, baxmayaraq ki, inkişaf edən dünyada kənd təsərrüfatında işçi qüvvəsinin 40%-ni qadınlar təşkil edir, çox az sayda qadın fermerlərə və istehsalçılara rast gəlinir. Əlbəttə ki, AGTECH həm kənd təsərrüfatında, həm də texnologiya sahəsində qadınlar tərəfindən sıçrayış və yeniliyin edilməsi üçün bu sahədə uzun illər davam edən gender qeyri-bərabərliyinin qarşısını almaq imkanı məqsədi daşıyan bir pəncərədir. AGTECH-də QADIN nominasiyası vasitəsilə biz bərabərlik və dəyişiklik üçün bu sahədə olan balans pozğunluğu ilə mübarizə aparan kollektiv təşəbbüsün ön sıralarında olmaq istəyirik. Ərzaq və aqro texnologiya sahəsində olan fəallar arasında bəziləri qadınlardır. Dünyanın hər yerində onlar bizim ərzağa və qida məhsullarına olan münasibətimizi dəyişir. Onların arasında bəzi qadınlar var ki, bir sıra çətinliklərə sinə gərərək qida və kənd təsərrüfatı sistemində olan problemlərin həllində vacib rol oynamış, bu sahədə ictimai şüurun dəyişilməsində əvəzsiz töhvələr vermişdir və biz qürur hissi ilə onları bu nominasiyada salamlayırıq. Bu nominasiya vasitəsilə biz kənd təsərrüfatı sahəsinə yeni həllər gətirmək istəyən təşəbbüsləri dəstəkləmək, qida və kənd təsərrüfatı sahəsində daha davamlı qida sistemi qurmaq üçün əvəzsiz işlər görən qadınları təqdim etmək istəyirik. Gəlin Kənd təsərrüfatını BİRLİKDƏ inkişaf etdirək!

Agriculture can be an important engine of growth and poverty reduction. Therefore, we need to do more with less and discover new smart solutions for agriculture. While women make up 40% of the agricultural workforce in the developing world, according to The Food and Agriculture Organization of the United Nations, few are farm owners and growers. To be sure, AgTech is a window of opportunity to make a splash in both agriculture and technology for a gender that for many years was side-lined. Women in AgTech – in a field that emphasises ‘disruption’, we must be on the front lines of a collective push towards equality and change. Some of the most passionate actors and activists in food and AgTech are women, and in every corner of the world they are profoundly improve our relationship with nutrition. These are some of women who are striving to bring the tenacious challenges of the food system into the public consciousness, and we are honoured to invite them for this nomination. With this nomination we would like to present women with the aim to bring fresh new solutions into the field of agriculture, to promote women in food and agricultural technology for doing incredible work for sustainable food system. Let’s make agriculture smart TOGETHER!

11. DÖVLƏT QURUMUNDA FƏALİYYƏT GÖSTƏRƏN RƏQƏMSAL LİDER / DIGITAL LEADER IN PUBLIC-SECTOR INSTITUTION

Dövlət qurumu və ya digər dövlət sektorlarında fəaliyyət göstərən, bütünlükdə dövlət sektorunun rəqəmsallaşdırılmasını təbliğ və təşviq edən və bu istiqamətdə çalışan seçilmiş lider xanımlar. Gündəlik həyatda IT və innovasiya ilə əlaqədar layihələrdə çalışan, daim öz peşəkarlığını artıran, eyni zamanda digər dövlət qulluqçularını ictimai xidmətlərin ən effektli, şəffaf və texnoloji şəkildə cəmiyyətə çatdırılması istiqamətində həvəsləndirən xanımlar. Namizəd yeni, unikal yanaşma, ideya və ya texnologiya ilə bağlı tam fərqli töhfəsini təqdim etməlidir.

Distinguished women working in a state agency or other public-sector institution promoting and implementing digital transformation in public-sector. A woman who daily works in IT or innovation related projects by enhancing professionalism, motivating other public-servants to sustain the innovations and improvement of the delivery of public services in the most effective, transparent and technological way. The nominee should present an innovative idea, a distinctively new approach, a unique policy, and technology implemented or other significant TECH related input.